- Baxış sayı: 31
- 02 Aprel 2025 16:23
- Baxış sayı: 61
- Mart 24, 2025
- 0
Konfrans liqasının 2-ci ələsində avqustun 3-də “Neftçi” – “Jelezniçar” matçında zədələnmiş futbolçu Azər Əliyev “Liv Bona Dea Hospital”da müayinədən keçib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı onun durumuna aydınlıq gətirib:
“Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur. Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub.
7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.