- Baxış sayı: 33
- 01 Aprel 2025 23:44
- Baxış sayı: 60
- Mart 24, 2025
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara da hüquqi qiymət verib.
Region liqasında “Sədərək” – “Babək” və “Araz” (Naxçıvan) – “Kəngərli” oyunlarında “Sədərək”lə “Kəngərli” matçın gedişində meydanı özbaşına tərk etdikləri üçün hesab olduğu kimi saxlanılmaqla texniki məğlubiyyət alıblar.
U-14 liqasının “Neftçi” İK İB – “Neftçi” PFK oyununda “Neftçi” İK İB komandası qeydiyyatda olan oyunçunun yerinə başqa oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 liqasında “Polad” FK (Sumqayıt), “Təhsil” RİM (Bakı), “Xırdalan” FK və “Aquatic” FK komandaları müvafiq olaraq “İnternational” FA, “Sahil” FA, RİOEUGİM və AZART-la matça təyin olunan vaxtda gəlmədikləri üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.