- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 126
- Fevral 06, 2026
- 0

“Kəpəz” mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu premyer liqanın 12-ci turunda “Səbail”i 3:0 məğlub edib.
Bu, klub tarixinə ölkə çempionatının yüksək dəstəsində əldə olunan 70-ci böyükhesablı ev qələbəsi kimi düşüb. Öz meydanında 3 və ya daha çox top fərqi ilə qazanılan qələbə sayında “sarı-göylər” yalnız “Neftçi” ilə “Qarabağ”dan geri qalır.
Gəncəlilər bunadək evdəki sonuncu belə qələbəsini 2016-cı il yanvarın 30-da “Qəbələ” ilə görüşdə bayram edib – 3:0. “Kəpəz”in Gəncədə ilk böyük hesablı qələbəsi 1992-ci il mayın 11-də “Avey”lə görüşdə qeydə alınıb – 4:0.