- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0

Premyer liqanın XXVII turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Şamaxı”, evdə 70-ci məğlubiyyətini alıb. Allsport.az saytı xəbər verir ki, “qırmızılar” öz meydanında 311-ci matçında bu uğursuzluğu yaşayıb.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən Şamaxının eyniadlı təmsilçisi ölkə çempionatları çərçivəsində öz meydanında 70 və daha çox matçda uduzan 4-cü komandadır.
Antirekord “Turan”a məxsusdur – 78 məğlubiyyət. MOİK 77, “Bakı” 73 dəfə evdə xalsız qalıb.