- Baxış sayı: 38
- 11 Aprel 2025 23:43
- Baxış sayı: 36
- Aprel 11, 2025
- 0
Azərbaycan 1-ci divizionun 29-cu turu əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, mövsümdə ilk dəfə oyunun baş hakimi qadın referi olub. Bu, “Qarabağ-2” – “Turan Tovuz-2” görüşündə baş verib.
Binə qəsəbə stadionundakı matçı Fəridə Lütfəliyeva idarə edib. Bu qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəlib.
Cəmi 1 sarı vərəqə ilə kifayətlənən xanım baş hakimin köməkçiləri digər zərif cins nümayəndələri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olub. 1-ci divizionunda qadın baş hakim son 8 mövsümdə ilk dəfə meydana çıxıb. Sonuncu belə hadisə 2014/15 mövsümündə yaşanıb.
8 il 1 gün öncə – 2015-ci il mayın 15-də “Ağsu” – “Göyəzən” matçında (4:0) ədaləti Venera Kahriç qoruyub. Ağsu şəhər stadionundakı oyunda onun başçılıq etdiyi briqadada 2 xanım hakim də yer alıb. Baş hakimin köməkçilərindən biri Maya Nəbiyeva olub. 4-cü hakim funksiyasını isə 8 il 1 gündən, yəni 2923 gündən sonra meydana yeni “amplua”da – baş hakim kimi çıxan Fəridə Lütfəliyeva yerinə yetirib.