- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Neftçi” klubu avropalı futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, çex yarımmüdafiəçi Zdenek Folprext icarə əsasında mövsümün sonunadək komandamızın formasını geyinəcək.
Sonuncu iş yeri yerli “Slovan” (Libereç) olmuş 25 yaşlı otra xətt oyunçisi indiyədək “Sparta” (Praqa), “Viktoriya” (Jijkov), “Zbroyovka” (Brno) klublarında çıxış edib.
U-19 və U-21 millilərinin sabiq üzvü “Neftçi”nin düşərgəsinə Türkiyədəki təlim-məşq toplanışı zamanı qoşulacaq. Xatırladaq ki, avroliqanın qrup mərhələsində “Qarabağ”a rəqib olan “Slovan” 2 oyunda 4 xal qazanaraq, ölkə çempionumuzun 1/16 finala çıxmasını əngəlləmişdi.