- Baxış sayı: 32
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Keşlə” ölkə çempionatlarında 800-cü qolu vurub. Allsport.az saytı xəbər verir ki, bu, 21-ci turda “Qəbələ” ilə matçda təsadüf edib. 1:1 başa çatan görüşdəki ilk qolu vuran Merab Qiqauri, klubunun tarixinə yubiley topunun müəllifi kimi düşüb.
1999-cu ildən “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komanda 800-cü qolunu 614-cü oyununda vurub. Bu qollardan 437-si evdə, 363-ü səfərdə vurulub.
“Keşlə” premyer liqada 800 və daha çox qol vuran 4-cü komanda olub. Bak klubu ilk topu 1999-cu il noyabrın 7-də “Neftçi” ilə görüşə (2:3) təsadüf edib.