AFFA və UFF prezidentləri Bakıda görüşüblər

Avropa liqasının “E” qrupunda keçirilmiş “Qarabağ” – “Vorskla” oyununu izləmək üçün Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko paytaxtda səfərdə olub. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda azərbaycanlı həmkarı Rövnəq Abdullayevlə görüşüb.

Söhbət zamanı 1 tərəd arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, gələcəkdə də hər iki ölkənin futbol qurumlarının müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq etməsinin perspektivləri müzakirə olunub. Avropa liqasının gələn il BOS keçiriləcək final oyununun təbliğat kampaniyası çərçivəsində Azərbaycan və Ukraynanın futbol veteranları arasında gələn il yoldaşlıq oyununun təşkil olunması barədə fikir mübadiləsi aparılıb, ilkin razılığa gəlinib.

Pavelko Ukrayna Futbol Federasiyanın nümayəndə heyəti adından görüşün təşkili və səmərəli müzakirələrə görə minnətdarlığını bildirib.

Həmin kateqoriyadan