“Topaz”: Niderland və Danimarka üçün son fürsət

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” bu gün də mərc həvəskarlarına bir-birindən maraqlı, həyəcanlı qarşılaşmalar təqdim edir. Allsport.az saytı xəbər verir ki, əsas diqqət millətlər liqasının oyunlarınadır. Bugünkü proqramda yer alan 12 “təkli” oyundan 5-i məhz bu matçlarıdır. Daha 7 “təkli” oyun isə milli komandalar səviyyəsində yoldaşlıq görüşləridir.

Ümumilikdə, “Topaz” bu gün müştərilərinə mərc etmək üçün 73 oyun təklif edir. Onlardan 28-nə canlı mərc etmək olar. Proqramda adı ilk diqqət çəkən qarşılaşma millətlər liqasının Niderland – Fransa duelidir. Son dünya çempionu qısa tənəzzül dövründən sonra yenidən dirçəlməyə başlayan Hollandiyanın qonağı olacaq. Fransa 1-ci qrupda son oyununu keçirir və “zanbaqlar ölkəsi”ndə qazanacağı 1 xal belə, pley-off mərhələsinə çıxmaq üçün kifayət edəcək. 3 turda 7 xal toplayan Fransadan 4 xal geri qalan “narıncılar”ın isə qələbə qazanmaqdan başqa yolu yoxdur. Məhz bu halda hollandlar Fransa ilə xal fərqini 1-ə endirə və son turda Almaniyaya qalib gəlməklə 1-ci yeri tuta bilər. Hollandiyanın Fransa üzərində sonuncu qələbəsindən 10 il ötür.

AÇ-2008-də qazanılan 4:1-lik parlaq zəfərdən sonra hollandlar fransızlarla keçirdiyi 5 görüşün hamısında uduzub. Yeni dirçəliş dövrünə qədəm qoyan “narıncılar” axşamkı matça tam heyətlə hazırdır. Dünya çempionunun heyətində isə itkilər var: Poqba, Umtiti, Tolisso, Martial, Lakazett, Koman, Kurzava və Mendi zədəlidir. Rotterdamda keçiriləcək qarşılaşmanı ingilis hakim Teylor idarə edəcək. Saat 23:45-də başlanacaq oyuna “Topaz”da həm “təkli”, həm də canlı mərc etmək mümkündür. Əmsallar: Hollandiyanın qələbəsi 2.95, heç-heçə 3.30, Fransanın qələbəsi 2.20.

Gecənin maraq doğuran digər oyunları Sloveniya – Norveç və Kipr – Bolqarıstan görüşləridir. Bu komandaların 4-ü də “C” divizionunun 3-cü qrupunda yer alıb. Sloveniya istisna olmaqla, qalan 3 komandanın qrup qalibi olmaq və pley-offa yüksəlmək şansı var. Bu mənada Norveçin artıq heç bir iddiası qalmayan Sloveniya qarşısında favorit sayılması qanunauyğundur. Onsuz da norveçlilər Sloveniya üçün arzuolunmaz rəqiblərdən sayılır. Ən azı statistika belə deyir: 8 oyunda cəmi 1 qələbə. Balkan təmsilçisi bu dəfə də Norveçə qalib gələ biməzsə, şimali avropalılar pley-offa doğru inamlı addım atacaq.

Norveçin özünü rahat hiss etməsi üçün paralel görüşdə Bolqarıstanın Kiprə uduzması lazımdır. Bolqarlar Norveçlə eyni sayda – 9 xal toplayıb. Kipr yığmasının isə 4 xal var. Kipr cüzi şansını da saxlamaq üçün bu axşam mütləq qalib gəlməli, daha sonra Norveçi məğlub etməlidir. Bolqarlar isə qələbə qazanmaqla son tura daha rahat çıxmaq istəyindədir. Maraqla gözlənilən hər iki qarşılaşmaya “Topaz”da həm “təkli”, həm də canlı mərc edə bilərsiniz. Əmsallar:
Sloveniyanın qələbəsi 3.15, heç-heçə 2.75, Norveçin qələbəsi 2.15.
Kiprin qələbəsi 3.00, heç-heçə 2.85, Bolqarıstanın qələbəsi 2.15.

“B” divizionunun 4-cü qrupunda da bu axşam həlledici oyun var. Qrup lideri Uels öz meydanında Danimarkaya qalib gəlsə, pley-off mərhələsinə çıxacaq. Bir oyun az keçirən danimarkalılar isə bu axşam azı bir xal qazanarsa, son turda bütün iddiasını itirən İrlandiyaya qalib gəlməklə qrup lideri ola bilər. Məğlubiyyət Danimarka üçün hər şeyin bitməsi deməkdir. “Topaz”da bu oyunun əmsalları belədir: Uelsin qələbəsi 2.70, heç-heçə 2.70, Danimarkanın qələbəsi 2.45.

Bu və digər oyunlara “Topaz”da mərc etməklə günü qazancla başa vura bilərsiz. Təklif bizdən, dəyərləndirmək sizdən.

Həmin kateqoriyadan