- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün Avropa çempionatı-2020-nin seçmə mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, İrlandiyanın paytaxtı Dublinin konvensiya mərkəzində təşkil olunan mərasim saat 15:00-da başlayıb. Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva və AFFA-nın infrastruktur direktoru Kamran Vəliyev təmsil ediblər.
55 milli komanda ilə start götürəcək qrup oyunları gələn ilin martın 21-dən noyabrın 19-na qədər keçiriləcək. 12 fərqli ölkədə keçiriləcək yarış 12 iyunda başlayacaq və bir ay davam edəcək. AÇ-2020-nin 4 görüşü Bakı olimpiya stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, 1-i isə 1/4 finaldır. Püşkatmanın bütün nəticələri isə belədi:
“A” qrupu – İngiltərə, Çex Respublikası, Bolqarıstan, Monteneqro, Kosovo
“B” qrupu – Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq
“C” qrupu – Niderland, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus
“D” qrupu – İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəllütariq
“E” qrupu – Xorvatiya, Uels, Slovakiya, Macarıstan, AZƏRBAYCAN
“F” qrupu – İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları
“G” qrupu – Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya
“H” qrupu – Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova
“İ” qrupu – Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan
“J” qrupu – İtaliya, Bosniya və Hersoqovina, Finlandiya, Yunanıstan, Ermənistan