- Baxış sayı: 24
- 07 Aprel 2025 16:55
- Baxış sayı: 65
- Aprel 04, 2025
- 0
AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
Region liqasında “Neftçala” – “Ərkivan” matçının 88-ci dəqiqəsində ev sahibinin futbolçusu Ədalət Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 89-cu dəqiqəsində “Neftçala”nın futbolçusu Vüqar Səlimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 liqasında “Zirə” – “Neftçi” İK İB matçının 68-ci dəqiqəsində “qartallar”ın baş məşqçisi Cəfər Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-13 liqasında “Hacıqabul Şərq” – “Ağsu” matçında qonaqların baş məşqçisi Sönməz Quliyev hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.
U-12 liqasında “Neftçi” İK İB – “Sahil” FA matçında “ağ-qaralar”ın baş məşqçisi Tural Kərimov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.
Yüksək qızlar liqasında “Zaqatala” – “Qəbələ” matçında ev sahibinin heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Oyunun 44-cü dəqiqəsində “Zaqatala”nın məşqçisi Ceyhun Zurabov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.
Yüksək qızlar liqasında “8 №-li İOEUGİM” – “Zaqatala” matçının 85-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Aysun Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.