- Baxış sayı: 13
- 22 Noyabr 2024 10:00
- Baxış sayı: 52
- Noyabr 21, 2024
- 0
“Krılya Sovetov” Rusiya premyer-liqasının 17-ci turunda evdə “Rostov”a 1: 0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşün sonu kifayət qədər gərgin keçib. Buna səbəb, 80-ci dəqiqədə meydana girən millimizin hücumçusu Ramil Şeydayevin rəqib futbolçu ilə dalaşmasıdır.
82-ci dəqiqədə qonaqların islandiyalı legionçusu Raqnar Siqurdsson bilərəkdən dəri meşinlə topdaşıyan uşağı vurub. Hadisəni görən həmyerlimiz sərt şəkildə etirazını bildirərək, onu itələyib. Bundan sonra meydanda ara qarışıb. Komanda yoldaşları Ramili çox çətinliklə sakitləşdirə biliblər. Nəticədə, baş hakim Siqurdssona qırmızı, Şeydayevə isə sarı vərəqə göstərib.
Qeyd edək ki, “traktorçular”ın heyətində digər azərbaycanlı futbolçu Ayaz Quliyev matçın iştirakçısı olmayıb. “Rostov” yarış cədvəlində 24 xalla 7-ci,
“Krılya Sovetov” 13-cüdür (17 xal).