- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Neftçi” ölkə çempionatına ardıcıl 2 heç-heçə ilə başlayıb. Allsport.az saytı xəbər verir ki, Roman Qriqorçukun komandası öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) sülh bağlayıb.
Eyni komandanın startda bu nəticəni göstərməsi son 9 mövsümdə ilk dəfə qeydə alınıb. Belə hadisə 2015/16 mövsümündə yaşanıb. Həmin vaxt 2 klub – “Sumqayıt” və “Kəpəz” startda sülhləri sıralayıb.
Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə zolaq qeydə alınıb. “Neftçi” tarixində ilk dəfə mövsümə belə başlayıb.