- Baxış sayı: 102
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 87
- Dekabr 19, 2025
- 0


Qax, Zaqatala, Şamaxı və Zabratdan olan bədii gimnastlar milli gimnastika arenasında təlim-məşq toplanışında iştirak edirlər. Allsport.az xəbər verir ki, yanvarın 14-dək davam edəcək məşqlərə ümumilikdə 8 idmançı qatılıb.
İdmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq və alət texnikası üzrə məşqlər keçirilir. Bununla yanaşı, mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir.