- Baxış sayı: 50
- 10 Noyabr 2026 23:45
- Baxış sayı: 305
- Noyabr 09, 2026
- 0

Rusiyalı gimnast Angelina Melnikova Almaniyanın “TSV Tittmoning-Chemnitz” klubunda çıxış edəcək.
Allsport.az xəbər verir ki, bu barədə onun özü açıqlamasında deyib.
Qadınlar bundesliqasının növbəti turu 15 noyabrda başlayır. Melnikova liqanın mərhələlərindən birində çıxış edəcək.
25 yaşlı rusiyalı Tokio-2020 olimpiadasının çempionudur. İndoneziyada keçirilən dünya çempionatında o, iki qızıl və bir gümüş medal qazanıb.