- Baxış sayı: 238
- 19 Dekabr 2025 16:24
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub.
Allsport.az xəbər verir ki, blokçumuzun komandası “Vasas” finalda “Bekescsaba” klubu ilə qarşılaşıb. “Vasas” 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesablı qələbə qazanmaqla Macarıstan kubokuna sahib çıxıb. Final oyununda millimizin və “Vasas”ın kapitanı 14 xal (hücum-8 xal, 57 %, blok-5 xal, eys-1 xal) qazanıb.