- Baxış sayı: 103
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0


Azərbaycan yığma komandasının üzvləri Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirində uğurla çıxış edərək 4 qızıl, 2 gümüş, 1 bürünc medala layiq görülüblər.
Allsport.az xəbər verir ki, Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq), Bilal Qurbanov (böyüklər, tamblinq) qızıl, Fərhad Mustafayev (11-12 yaş, batut gimnastikası), Tofiq Əliyev (böyüklər, tamblinq) gümüş, Adil Hacızadə (böyüklər, tamblinq) bürünc medal qazanıblar.