- Baxış sayı: 57
- 19 Dekabr 2025 20:37
- Baxış sayı: 113
- Dekabr 19, 2025
- 0

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı 4-cü qrupun oyunlarına start veriləcək. Allsport.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində saat 18:30-da Ukrayna – Danimarka, saat 21:00-da isə Azərbaycan – Belçika oyunu keçiriləcək.
Bu qrupda keçiriləcək oyunlara təyinatları bir daha diqqətinizə çatdırırıq:
Ragadics Ferenc (Macarıstan) – UEFA numayəndəsi
Ryomin Aleksandr (Belarus) – UEFA hakim-inspektoru
Gutierres Lumbreas Fernando (İspaniya) – hakim
Pena Dias Francisco Miguel (İspaniya) – hakim
Onatsu Timo (Finlyandiya) – hakim
Pesko Lukas ( Slovakiya) – hakim