- Baxış sayı: 55
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 255
- Oktyabr 25, 2026
- 0

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.
Allsport.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan yığmasının rəqibləri müəyyənləşib. 2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.
Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
25 mart 2026-cı il
Litva – Azərbaycan
28 mart
Azərbaycan – Şimali İrlandiya
Qrupun oyunları Litvada keçiriləcək.