- Baxış sayı: 28
- 20 Mart 2026 19:07
- Baxış sayı: 118
- Mart 19, 2026
- 0

Azərbaycan premyer liqasının 28-ci turunda daha 1 oyun keçirilib.
Allsport.az xəbər verir ki, “Zirə” “Neftçi”ni qəbul edib. Zirə İdman Kompleksinin stadionundakı matçda 1:1 hesabı qeydə alınıb.
Oyunda ilk qolu 12-ci dəqiqədə qonaqlardan Kilian Lebon vurub. 70-ci dəqiqədə Kenni Sayef avtoqola imza ataraq hesabı bərabərləşdirib.
“Ağ-qaralar” turnir cədvəlində 57 xalla 3-cü, “Zirə” isə 38 xalla 4-cüdür.