- Baxış sayı: 31
- 26 Yanvar 2026 15:43
- Baxış sayı: 433
- Yanvar 26, 2026
- 0

Yeniyetmə qılıncoynadanımız Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas yeniyetmə oğlan sablyaçıların şəxsi mübarizəsində pley-offda Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Abbas Hüseynov finalın bir addımlığında turnirin qalibi fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzub.