Sablyaçılardan gümüş

Sablyaçılardan gümüş

III MDB oyunları çərçivəsində Gəncə idman sarayında qılıncoynatma üzrə yarışlar bitib.

Allsport.az xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi finalda Rusiyaya uduzub (35:45) və gümüş medal qazanıb.

Sablya növü üzrə qızlardan ibarət ikinci komandamız yarımfinalda Rusiyaya (18:45) uduzub və bürünc medala sahib çıxıb.

Qızlardan ibarət əsas komda isə yarımfinalda Özbəkistana qalib gəlib – 45:37.

Finalda Rusiya ilə qarşılaşan millimiz 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib.

Xatırladaq ki, daha öncə qılıncoynadanlarımız 6 bürünc medal qazanmışdı.

Beləliklə, bu gün qılıncoynatma yarışlarına yekun vuruldu.

Həmin kateqoriyadan