Abbasov 24 futbolçuya dəvət göndərdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya yığması ilə səfərdə, Bolqarıstan seçməsi ilə evdə keçirəcəyi oyunun heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov 24 futbolçuya dəvət göndərib.

Sentyabrın 1-də təlim-məşq toplanışına yığışacaq U-21 sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:30-da Barseluşda Portuqaliya, sentyabrın 9-da, saat 18:00-da isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. “B” qrupunda yer alan komandamız sentyabrın 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola düşəcək.

U-21-ə dəvət edilən futbolçular:

Nr.Adı / SoyadıKlub
1Rəvan MirzəmmədovSabah
2Xəyal FərzullayevSumqayıt
3Səlim HəşimovŞamaxı
4İbrahim RamazanovTuran Tovuz
5Elgün DünyamalıyevSabah
6Raul MəmmədovKəpəz
7Nadir OrucovSumqayıt
8Emin RüstəmovSəbail
9Ayxan SüleymanlıSumqayıt
10Sənan MuradlıŞamaxı
11Rüfət AbbasovŞamaxı
12Nihad ƏhmədzadəSumqayıt
13Eşqin ƏhmədovQəbələ
14Əkbər EyubovZirə
15Hikmət CəbrayılzadəQarabağ
16Murad MəmmədovNeftçi
17Edqar AdilxanovŞamaxı
18Emil SüleymanovŞamaxı
19Oruc MəmmədovŞamaxı
20Elcan ƏbilovKəpəz
21Həsən NəzərliAnkaragücü (Türkiyə)
22Nahid ƏliyevŞəfa
23Ağadadaş SalyanskiyNeftçi
24Sadiq ŞəfiyevTuran Tovuz

Həmin kateqoriyadan