- Baxış sayı: 114
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

Türkiyə 1-ci liqasında 34-cü tura start verilib. Allsport.az xəbər verir ki, Araz Abdullayevin çıxış etdiyi “Boluspor” evdə “Əskişehirspor”a 3:0 hesabı ilə qalib gəlib.
Araz start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 17 və 56-cı dəqiqələrdə qol vurub. Bu, 29 yaşlı yarımmüdafiəçinin komandada ilk qolları olub.
42 xalı olan “Boluspor” 12-ci pillədə qərarlaşıb.