- Baxış sayı: 32
- 10 Fevral 2026 23:02
- Baxış sayı: 35
- Fevral 10, 2026
- 0

ABŞ-ın “Kolombus Kryu” komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin keçidini açıqlayıb.
Allsport.az saytı xəbər verir ki, onunla 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. 22 yaşlı hücumçu beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq.
Nəriman premyer liqada 84 oyunda 24 qol vurub. O, “kəhər atlar”la 3 dəfə ölkə çempionu, 1 dəfə Azərbaycan kubokun qalibi olub.
U-19 və U-21-də oynamış futbolçu, əsas millinin heyətində 13 matç keçirib.
“Ekipaj” MLS-də şərq konferensiyasında çıxış edir, okeanın o tayında yeni çempionat hələ başlamayıb.