- Baxış sayı: 23
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Beşikdaş” klubu “Real Madrid”in gənc ulduzu Qonsalo Qarsiya üçün təklif göndərib.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı hücumçu üçün 25 milyon avro ödəməyə hazırdır.
“Kral klubu”nun yetirməsi olan və hazırda əsas komandada çıxış edən ispaniyalı forvard cari mövsüm 860 dəqiqə ərzində 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisi hələlik bu təklifə cavab verməyib.