- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 110
- Sentyabr 23, 2026
- 0

“Barselona”nın prezidenti Xuan Laporta martın 15-nə təyin edilmiş seçkilərdə namizədliyini irəli sürmək üçün rəsmən istefa verib.
Allsport.az xəbər verir ki, klub nizamnaməsinin tələbinə əsasən atılan bu addıma vitse-prezidentlər Yelena Fort, Antonio Eskudero və idarə heyətinin daha 7 üzvü də qoşulub.
Yeni rəhbərlik formalaşana qədər klubu müvəqqəti olaraq Rafael Yuste idarə edəcək. İdarə heyətinin ümumi səlahiyyət müddəti isə iyunun 30-da başa çatacaq.