- Baxış sayı: 41
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
UEFA icraiyyə komitəsi Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin yekun siyahısını təsdiqləyib. Allsport.az xəbər verir ki, iclasda təşkilatçı şəhərlərin sayının 12-dən 11-ə endirilməsi açıqlanıb.
Əvvəlcədən bilindiyi kimi, azarkeşlərlə bağlı təminat verməyən İrlandiyanın Dublin şəhəri ev sahibləri siyahısından çıxarılıb. Buradak keçirilməli olan qrup görüşlər Rusiyanın Sankt-Peterburt, 1/8 final mərhələsindəki oyun isə Londona həvalə olunub.
İspaniyanın Bilbao şəhəri də eyni səbəbdən ev sahibliyindən məhrum edilib. Bilbaoda keçirilməsi nəzərdə tutulan oyunlar Sevilyada olacaq.
Beləliklə, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), “Sevilya” (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.
11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq.