- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
AÇ-2020-nin Bakı şəhəri üzrə fristaylerləri müəyyənləşib. Allsport.az xəbər verir ki, UEFA-nın saytında keçirilən səsvermənin nəticəsinə əsasən, veteran futbolçu Nuqzar Kvirtiya və Kader Alimova bu hüquqa yiyələnib. Digər namizəd Aaron Hacıyev isə kənarda qalıb.
Hər şəhər üzrə yalnız 2 nəfər AÇ-2020-nin fristayleri olacaq və UEFA Avropa çempionatının 60 illik yubileyi münasibətilə keçiriləcək matçlarda, fan-zonalarda, eləcə də kubok turlarında öz ölkələrini təmsil edəcək.
Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.
İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı olimpiya stadionunda baş tutacaq.