- Baxış sayı: 10
- 25 Noyabr 2024 16:27
- Baxış sayı: 31
- Noyabr 25, 2024
- 0
Azərbaycan premyer liqasının XV turunda “Araz-Naxçıvan” evdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyunla bağlı öz fikirlərini bölüşüb:
“Oyun gərgin keçdi. Hər iki hissədə dominat futbol oynamağa çalışdıq, amma yaratdığın qol epizodlarını reallaşdıra bilməyəndə sonda belə qol buraxmalı olursan. Acı da olsa, qələbəni əldən verdik.
Müdafiəçilər yaxşı oynadı, ciddi səhv buraxmadılar, ön xətdə oynayan futbolçuların üzərinə düşməliyəm ki, niyə bu qədər qol epizodlarını reallaşdıra bilmədiniz. Futbolda bu cür bəxtsiz qollar buraxırsan. Ötən oyunda biz son dəqiqədə “Neftçi”nin qapısına qol vurduq, bu dəfə özümüz top buraxdıq”.