- Baxış sayı: 24
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bu gün “Mingəçevir reqatası” çərçivəsində Qarabağda ilk dəfə Füzulidə Aşağı Köndələnçay su anbarında beynəlxalq yarışın rəsmi açılışı oldu. Allsport.az saytının məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov futbol millimizin son uğursuzluları ilə bağlı suala cavab verdi:
“Açığını deyək, son zamanlar futbol millimiz bizi sevindirə bilmir. Halbuki Estoniya ilə oyunda uğur gözləyirdik. Evdə Slovakiya ilə matçın əvvəlini də yaxşı oynadıq. Təəssüflər olsun ki, sona qədər davam edə bilmədik. Milli komandamıza gələcək görüşlərdə uğurlar arzulayıram”.