- Baxış sayı: 28
- 06 Fevral 2026 20:54
- Baxış sayı: 224
- Fevral 04, 2026
- 0

Avropa konfrans liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib.
Allsport.az xəbər verir ki, hər 2 tədbir noyabrın 24-də keçiriləcək. Həmin gün saat 12:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda “Qarabağ”ın mətbuat konfransı baş tutacaq. 18:10-da isə Ağdam təmsilçisi “Azersun arena”da ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq.
“Omoniya”nın mətbuat konfransı isə saat 19:30-da, açıq məşqi 20:00-da başlayacaq. Hər 2 tədbir Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.
Noyabrın 25-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçına saat 21:45-də start veriləcək.