Adama Diakabi: “Yenidən futboldan zövq almaq istəyirəm”

“Qarabağ”ın yeni transferi Adama Diakabi “Rakuv”la yoxlama matçından (0:3) sonra jurnalistlərə açıqlama verib. Allsport.az fransalı vingerin fikirlərini diqqətinizə çatdırır:

– Burada olmaqdan çox məmnunam. Komandanın heyətində ilk oyunumu keçirdim. Daha əvvəl də “Qarabağ” haqda məlumatım var idi. Bəzi futbolçuları tanıyırdım. Abdullah Zubir mənə “Qarabağ” haqda xoş sözlər danışıb. Bu komandaya qoşulduğuma görə xəşbəxtəm. Yenidən futboldan zövq almaq istəyirəm. 

– “Qarabağ” haqda təəssüratların necədir?
– Bir il əvvəl Bakıya gəlmişdim. Komandanın bazası ilə, şəhərlə tanış oldum. “Qarabağ”ın “Olimpiakos”, “Nant” və “Marsel”lə oyunlarını izləmişəm. Təəssüratlarım yaxşıdır. Məşqçi heyəti ilə üzərimizdə işləyirik. Konfrans Liqasının pley-off matçına hazırlaşırıq.

– Əvvəlki formanı nə vaxt bərpa edəcəksən?
– Bildiyiniz kimi uzun müddət futbol oynamamışam. Məşqçi heyəti ilə mümkün qədər tez bir zamanda əvvəlki formamı bərpa etməyə çalışırıq. 

Həmin kateqoriyadan