- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Bayer-04″in baş məşqçisi Xabi Alonso bundesliqa matçında “Köln” üzərində qələbəni (2:0) şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis oyunun çətin keçdiyini bildirib:
“Qələbədən razıyıq. Burada – derbidə, möhtəşəm atmosferdə qalib gəlmək asan deyil. İndi cədvəldəki mövqe heç nə demək deyil. Hər şey bizim üçün yaxşı getdiyi müddətcə harada olduğumuzu bilirik. Amma qarşıda hələ 10 oyun var – həm bizim, həm də digər komandalar üçün. Biz addım-addım irəliləməyə davam edəcəyik”.