- Baxış sayı: 32
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 106
- Noyabr 25, 2024
- 0
“Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çətin bir oyunda qələbə qazandıq. Buna görə çox şadam. Futbolda daim qələbə qazanılması mümkün deyil. “Rəvan”a məğlubiyyətdən sonra bilirdik ki, çətin bir görüşə çıxırıq. Sevinirəm ki, psixoloji gərginliyi aradan qaldırıb, qələbə qazandıq”.