AFFA ən böyük cəriməni “Sumqayıt”a yazdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi” – “Zirə” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Sumqayıt” – “Kəpəz” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 1000 manat cərimə olunublar. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

“Rəvan” – AzAL matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Həmin kateqoriyadan