AFFA 1-ci divizion klublarını sərt cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zaqatala” – “Şərurspor” matçının 45+2-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Ağsu” – “Bakılı” matçının 76-cı dəqiqəsində “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

“Şəmkir” – “Neftçala” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Şəmkir”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Şəmkir”in futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Şəmkir”in həkimi Bayram Bayramov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.

“Şəmkir”in baş məşqçisi Kamran Əlibabayevə İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulmuşdu. Lakin “Şəmkir” – “Neftçala” oyununun 68-ci dəqiqəsində “Şəmkir”in cəzalı olan baş məşqiçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq hakimə qarşı öz etirazını bildirib. Bu səbəbdən də baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunub. Bu hall yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcək.

Həmin kateqoriyadan