AFFA 2 komandaya texniki məğlubiyyət verib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra bu qərarlar çıxarılıb.

Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçının 30-cu dəqiqəsində “Standard”ın futbolçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb. Görüşün 38-ci dəqiqəsində “Star Karqo”nun futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. 

U-13 qızlar liqasının UGİM (Şəki) – UGİM (Qax) matçında UGİM (Şəki) komandası oyunun 15-ci dəqiqəsində meydanı özbaşına tərk etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. 

“Qabaqçöl” (Balakən) – UGİM (Qax) matçında “Qabaqçöl” (Balakən) komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin kateqoriyadan