AFFA 3 klubu cərimələyib

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 24-cü turunda qayda pozuntuları barədə qərarlar verilib.

“Şamaxı”nın futbolçusu Franko Floresi bir oyunluq cəzalandırıb. Buna səbəb 29 yaşlı müdafiəçinin “Sabah”a 1:5 hesabı ilə uduzduqları oyunda qırmızı vərəqə alaraq meydandan qovulması olub. Həmçinin klub 200 manat cərimələnib. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub ümumilikdə 800 manat cərimələnib.

“Neftçi”nin oyunçusu Ömər Buludova da 1 oyunluq komandasına kömək edə bilməyəcək. 24 yaşlı müdafiəçi “Səbail”ə səfərdə görüşündə (1:0)  ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Paytaxt təmsilçisi 200 manat ziyana düşüb. 

“Sabah” – “Şamaxı” oyununda oyun öncəsi dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. 

“Qəbələ” – “Qarabağ” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.

“Qarabağ” isə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etdiyi üçün 800 manat cərimələnib.

Həmin kateqoriyadan