- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 351
- Mart 30, 2026
- 0

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 13-cü turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
“Keşlə” – “Səbail” oyununda ev sahiblərindən Anatole Abanq ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün, 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə” – “Qəbələ” oyununda “qartallar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı görə, klub 800 manat cərimələnib.
“Qəbələ” klubunun futbolçusu Əmər Hani 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün, 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.