- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 18-ci turunda qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Səbail” – “Qarabağ” oyununda kənar şəxslər meydançaya daxil olduğuna görə “dənizçilər” 1600 manat ziyana düşüb.
“Zirə” – “Kəpəz” oyununda Gəncə komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimələnib. “Kəpəz”in oyunçusu Elçin Əlicanov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat geri düşüb.
“Sarı-göylər”in legionçusu Giorgi Kantariya 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib. Komandanın digər futbolçusu Mixeil Erqemlidze oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib. Ümumilikdə isə “Kəpəz” klubu bir oyunda 3 qırmızı vərəqə ilə cəzalandığı üçün klub 4800 manat cərimə edilib.
“Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. “Qartallar”dan Coşqun Diniyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün, 2 oyun cəzalandırılıb və klub 1600 manat cərimə edilib. Bu komandanın digər oyunçusu Nemanya Andelkoviç rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimələnib.