- Baxış sayı: 40
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan kubokunun 1/4 finalında qayda pozuntuları barədə qərarlar verilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb.
“Səbail” – “Sabah” oyununda qonaq komandanın futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimələnib.
“Səbail” – “Sabah” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün, klub 800 manat cərimə edilib.