AFFA 4 klubu cərimələdi

AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 9-cu turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 

“Qəbələ” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri stadiona kənar əşya (plastik su qabı) atması səbəbi ilə klub 1600 manat cərimə olunub.

Oyunda “Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov oyunun 43-cü dəqiqəsində qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, komanda 1600 manat ziyana düşüb.

“Neftçi” – “Turan Tovuz” oyununda “ağ-qaralar”ın tərəfdarları stadiona kənar əşya (plastik su qabı) atması  səbəbi ilə klub 1600 manat cərimələnib. “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Şamaxı” oyununda qonaqların 23 nömrəli futbolçusu Rövşən Şahmuradovun köynəyində adının və ya soyadının yazılmaması səbəbi ilə komanda 3000 manat geri düşüb.

Həmin kateqoriyadan