- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 121
- Noyabr 25, 2024
- 0
AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, Misli premyer liqasının 1-ci turunda qeydə alınan qayda pozuntuları barədə bu qərarlar qəbul olunub.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda meydan sahiblərinin 29 nömrəli futbolçusu Vanderson Melonun futbol formasında qeyri-əlifba hərfindən istifadə edildiyinə görə, klub 800 manat cərimə edilib.
“Səbail” – “Sumqayıt” oyununda qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Sumqayıt” klubu 1500 manat ziyana düşüb.
“Kəpəz” – “Neftçi” oyununda Gəncə klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə, komanda 800 manat cərimələnib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə, klubu əlavə 800 manat cərimə edilib.
“Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə ev sahibi 1000 manat cərimə edilib.