AFFA 4 klubu cərimələdi

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqada yeni mövsümün ilk turunun oyunlarında qayda pozuntuları ilə bağlı bu qərarlar qəbul olunub:

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibi 800 manat cərimə edilib. Oyun bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə klub daha 500 manat cərimə olunub. Matçın 78-ci dəqiqəsində qonaqların futbolçusu Elvin Cəfərquliyev 2-ci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, komanda 500 manat cərimələnib.
 
“Neftçi” – “Turan Tovuz” oyununda “ağ-qaralar”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyindən, klub 1500 manat ziyana düşüb.

“Sumqayıt” – “Kəpəz” oyununda PFL əsasnaməsinin tələbləri pozulduğu üçün, “kimyaçılar” 500 manat cərimə edilib. Oyun günü planı pozulduğuna görə “Sumqayıt” klubu 1000 manat cərimə olunub.

Həmin kateqoriyadan