AFFA 5 klubu cərimələdi

Bu gün AFFA intizam komitəsinin iclası olub. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 18-ci turunda oyunlarla bağlı qərarlar qəbul edilib:

“Neftçi” – “Səbail” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Qəbələ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədildiyi üçün, klub 4000 manat ziyana düşüb. 

Həmçinin, “Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.

“Keşlə” – “Sabah” oyununda “qırmızılar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

“Sabah” klubunun qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan