- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın V turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub və onlara hüquqi qiymət verilib.
“Sabah” – “Turan Tovuz” matçında Bakı təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.
Analoji cərimə “Zirə” ilə matçda 6 futbolçusu sarı vərəqə alan “Qəbələ” klubuna tətbiq olunub. Bundan başqa, həmin görüşdə “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev 2-ci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 800 manat ziyana düşüb.
Həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan “Zirə” klubu 700 manat məbləğində cərimələnib.
“Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə gördüyü üçün, klub 700 manat cərimələnib.
“Səbail” – “Qarabağ” oyununda hakimin final fitindən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə, “dənizçilər” 800 manat geri düşüblər.