AFFA 5 Premyer liqa klubunu cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer liqanın 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

AzAL – “Sumqayıt” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “təyyyarəçilər”dən Adan Koronado ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Zirə” – “İnter” matçında “bankçılar”ın 4,  “qartallar”ın 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 66-ci dəqiqəsində “İnter”in futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Kəpəz” – “Neftçi” matçında meydan sahibi klub Əsasnaməyə uyğun olaraq, qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün klub 1600 manat cərimə olunub.

“Qarabağ” – “Qəbələ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib: Ev sahiblərinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 39-cu dəqiqəsində “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq,  meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.

Matçın video yazısını izlədikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

“Qarabağ”ın 2-ci qolundan sonra klubun futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.

Növbəti ev oyunlarında “Qarabağ” klubu təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub. Hər iki klubun nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.

Həmin kateqoriyadan