- Baxış sayı: 27
- 27 Noyabr 2024 14:48
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 6-cı turunda qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Kəpəz” oyununda ev sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
“Kəpəz”in “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər “Kəpəz” tərəfindən ödəniləcək. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 800 manat cərimələnib.
“Qəbələ” – “Neftçi” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat ziyana düşüb.
“Səbail” – “Zirə” oyununun 79-cu və 90+1-ci dəqiqəsində “dənizçilər”in azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. Həmçinin birinci hissədə AFFA nümayəndələri üçün şəraət yaradılmadığına görə “Səbail” 800 manat cərimələnib. Eyni zamanda, meydan sahiblərinion 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə, 800 manat cərimə olunub. “Səbail”in futbolçusu Tural Bayramlı 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün, 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından 800 manat cərimələnib.
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri meydançaya daxil olduğuna görə Ağdam təmsilçisi 1600 manat cərimələnib.
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri meydançaya daxil olduğuna görə Ağdam təmsilçisi 1600 manat cərimələnib.