- Baxış sayı: 20
- 27 Noyabr 2024 11:19
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqasının 14-cü turunda qayda pozuntuları barədə qərarlar verilib.
“Şamaxı” – “Sumqayıt” oyununda qonaq komandasının futbolçusu Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə 1 oyun cəzalandırılıb, klub 2400 manat cərimə edilib. Stadiona dəymiş ziyan “Sumqayıt” futbol klubu tərəfindən tam ödəniləcək.
14-cü turun “Neftçi” – “Qəbələ” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat ziyana düşüb.
14-cü turun “Kəpəz” – “Turan Tovuz” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunub. Qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
14-cü turun “Sabah” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat geri düşüb.
“Qarabağ” azarkeşləri tərəfindən 54 ədəd oturacağın sıradan çıxarılmasına görə dəymiş ziyan Ağdam klubu tərəfindən stadiona tam ödəniləcək.